23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur

Azərbaycan İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur

Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında – red.) ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında səsləndirib.

Planlaşdırılan birgə layihələrin reallaşdırılması nəticəsində ticarət dövriyyəsinin daha çox tarazlaşdırılacağına ümid etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir”. (AZƏRTAC)

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?