24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Dövlətimizin başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə Bağdad Amreyevi təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar Zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq quruma çevrildiyini vurğulayıb.

Təbrikə görə minnətdarlığını bildirən Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırıb. Qonaq növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?