23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.

Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.

Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.

Bu gün biz Sizinlə birlikdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur.

Prezident Volodimir Zelenski:

- Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident, Sammit çərçivəsində ayrıca bir görüşün keçirilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkənizin siyasətində bizə davamlı olaraq dəstək olduğunuza, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir. Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik.

Söhbət zamanı, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?