15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binasının açılışında iştirak edib.

Birinci vitse-prezident təhsil kompleksində yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verib ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib.

Diqqətə çatdırılıb ki, xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış olub.

Məlumat verilib ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib. Yeni yataqxana korpusu üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Korpusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, bu uşaq bağçası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.

İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?