8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətimizin başçısı Şamaxı rayonuna səfər edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda səfərdə olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində zəlzələdən zərərçəkmiş ailələr üçün rayonda tikilən yeni evlərlə tanış olublar, Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər. Dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə də tanış olublar, ev sahibləri ilə söhbət ediblər.

Sonra Azərbaycan Prezidenti və xanımı martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər, sakinlərlə görüşüb söhbət ediblər. Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Məktəbəqədər təhsil proqramı" çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər, burada yaradılmış şəraitlə tanış olublar.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?