5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf edir

Prezident İlham Əliyev fevralın 19-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin dostluğumuzun daha da möhkəmlənməsi və iş birliyi üçün yeni sahələrin müəyyən edilməsi baxımından önəmini qeyd edib. Keçən il Rəcəb Tayyib Ərdoğanla həm Türkiyədə, həm Azərbaycanda və eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Türkiyə Prezidentinin iştirakı ilə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin təntənəli keçidini dostluq və qardaşlıq bayramı kimi dəyərləndirib. Dövlətimizin başçısı ötən ilin ölkələrimiz üçün eyni zamanda önəmli enerji layihələri olan TANAP-ın və "STAR" neft emalı zavodunun açılışı ilə də yadda qaldığını deyib.

Səmimi qəbul üçün dövlətimizin başçısına minnətdarlığını bildirən Şamil Ayrım Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd edərək, ümummilli lider Heydər Əliyevlə görüşlərini böyük ehtiramla xatırlayaraq, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını və ölkəmizdə sürətli inkişafa nail olunduğunu vurğulayıb. O, rəhbərlik etdiyi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?