22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkəti Azərbaycanda külək elektrik stansiyasının tikintisinə maraq göstərir

Alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalında Azərbaycan üçün əsas istiqamətlər külək və günəş elektrik stansiyalarının tikilməsidir.

zərbaycanın alternativ enerji sahəsində əldə etdiyi nailiyyətlər, taarif siyasəti, ölkədə energetika sahəsində görülən işlər investorlar üçün Azərbaycanı cəlbedici edir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovun sözlərinə görə, Azərbaycanın Xəzər dənizində külək elektrik stansiyasının tikintisi ilə bağlı layihəsinə maraq xüsusilə böyükdür: “Pirallahı Dəniz Külək Parkı” layihəsi ilə bağlı artıq ilkin araşdırmalar aparılıb. Xüsusilə Çin şirkəti tərəfindən bu layihəyə böyük maraq var. Nə qədər investisiya qoyulacağı isə layihənin digər parametrlərindən, bizim bu layihəni nə qədər genişləndirmək niyyətimizdən asılıdır. Çünki layihə çərçivəsində Pirallahı və Çilov adaları arasında körpü tikilməli, bu körpü vasitəsilə bir neçə kiçik adalar birləşdirilməli, estakadalar qurulmalıdır. Bu ərazidə həm də böyük turizm infrastrukturunun – otellərdən, restoranlardan tutmuş əyləncə mərkəzlərinə, yaxtalar üçün limanlara qədər qurulması nəzərdə tutulur. Layihə çərçivəsində görüləcək işlərin həcmi hələ məlum deyil. Layihə Nazirlər Kabinetinə təqdim olunub. Ümid edirik ki, digər dövlət qurumları tərəfindən razılaşdırıldıqdan sonra layihənin reallaşdırılmasına başlanacaq”.

Səbuhi TURAN

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?