19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sərhəd-buraxılış məntəqələrində "Elektron növbə" xidməti fəaliyyət göstərəcək

Bu ilin sonunadək Azərbaycanın sərhəd-buraxılış məntəqələrində "Elektron növbə"("e-növbə") xidməti istifadəyə veriləcək. Sistemin təqdimatı sabah Vətəndaşlara Xidmət Sosial İnnovasiya Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı çərçivəsində keçiriləcək. Dövlət Gömrük Komitəsinin (DGK) bu xidməti sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur. Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar "Elektron növbə"xidmətindən istifadə etməklə onlayn formada həm özləri, həm də avtomobilləri üçün növbə tutaraq, seçdiyi vaxta uyğun sərhəd-buraxılış məntəqəsinə yaxınlaşa biləcəklər.

İctimai Şuranın toplantısı çərçivəsində DGK, Agentliyin eGov Mərkəzinin rəsmiləri iştirak edəcəklər. Müzakirələrin yekununda bu elektron xidmətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq nəzərdə tutulub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?