16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərxalça” ASC-nin xalçaları Tbilisidə Gürcüstan Milli Muzeyinə hədiyyə olunub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Birinci xanım muzeydə bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid sərgilənən eksponatlarla tanış olub.

Ekspozisiyalarla tanışlıqdan sonra Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça” ASC-nin istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edilib.

Xatırladaq ki, “Mədəni irsə yeni baxış” xalça kolleksiyası “Azərxalça” ASC və dünyada məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın təsisçisi olduğu “AFFFAIR”-in birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda - cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin daimi kolleksiyasına hədiyyə edilib.

Müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ Zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?