31 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan qaz ixracını 5,8 faiz artırıb

2024-cü ildə Azərbaycandan Avropaya 12,9 milyard kubmetr, Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, bu dövrdə TANAP-la Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 faiz çox olub.

Eyni zamanda, operativ məlumatlara əsasən, 2024-cü ildə neft-kondensat hasilatı 29,1 milyon ton, ixraca nəql edilən həcmlər isə 24,4 milyon ton olub. Əvvəlki illə müqayisədə 2 milyard kubmetr artımla 50,3 milyard kubmetr qaz hasil edilib, 25,2 milyard kubmetr qaz isə ixrac olunub.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?