27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sağlamlıq imkanları məhdud uşaqlar 18 yaşına çatanda onlara əlillik dərəcəsi verilməsi qaydası

Sağlamlıq imkanları məhdud uşaqlar 18 yaşına çatdıqda onların bu statusu başa çatır. Qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan sonra həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarına görə sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər. Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün alınan göndəriş (Forma-88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.
E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?