16 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xocalı – dünya boyda fəryad!

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırmının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

29 il ötür insanlıq tarixinin ən böyük faciələrindən biri olan Xocalı soyqrımından. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə, o məşum fevral gecəsi dinc, əliyalın insanlar ən amansız üsllarla qətlə yetirildilər, işgəncələrə məruz qaldılar. Qadın, uşaq, qoca demədən xocalılar qana susamış erməni qatillərinin qurbanına çevrildilər. Tək bir günahları var idi Xocalı məsumlarının – azərbaycanlı, türk, müsəlman olmaları...

Həmin gecə Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı alayının dəstəyi və iştirakı ilə Xocalı şəhərində soyqırım və terror aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

28 səkkiz il bizlər – azərbaycanlılar, Xocalıda şəhid edilən məsumların soydaşları ürəyimizdən qara qanlar axaraq, başımız köksümüzdə qeyd etdik faciəmizin, ağrımızın ildönümünü. Lakin...

2020-ci ilin 27 sentyabr tarixində hər bir azərbaycanlı qisas anın çatdığı xəbəri ilə açdı gününü...

27 sentyabr 2020-ci ildə Azəbaycan ordusu Ali Baş Komandanımızın tapşırığı ilə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq düşmənin cəzalandırılması, sülhə məcburetmə hərəkatına başladı. 44 günlük şərəfli döyüş əməliyyatları ilə Azərbaycan əsgəri qanı, canı bahasına tariximizin ən şərəfli səhifələrindən birini yazdı. 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərimiz azad edildi, ərazi bütövlüyümüz, dövlət suverenliyimiz təmin olundu, başımız dikəldi, şəhidlərimizin, günahsız məsumlarımızın – körpələrin, qadınların, qocaların qisası alındı, ruhları dincəldi...

Bəli, bu gün biz qürur və fəxr hissi ilə bütün şəhidlərimizi yad edə bilirik... Bu gün biz bütün dünyaya qürurlu, şərəfli xalq olduğumuzu sübut edə bildik... Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı ilə yanaşı şəhidlərimizin sakit ruhu dolanır...

Bütün şəhidlərimizin ruhu şad olsun, Azərbaycan dövləti, Ali baş Komandanımızın rəhbərliyi altında Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymadı, onların qısası alındı...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Anar ƏLİYEV,
Tarix üzrə fəlsəfə doktoru

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?