7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial mənzillərin tikintisinə 152 milyon manat ayrılıb

2020-ci il ölkə iqtisadiyyatı üçün sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb bir il olub. Bu da bütün dünyada baş vermiş proseslərdən irəli gələn məsələdir. Çünki ölkəmiz xarici mənşəli şoklara məruz qalıb. Bu, əsasən, qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlardır. Həmin mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılıb.
Bu sözləri maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.
Nazir bildirib ki, 2021-ci ildə də ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramı həyata keçirilib. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub. O cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulub. Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?