12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il iqtisadi fəaliyyətlə bağlı xərclərə ayrılacaq məbləğ açıqlanıb

2021-ci il dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclərə (dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclər istisna olmaqla) 912,5 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində deyilir.
Bildirilir ki, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,2 faiz təşkil edəcək. Növbəti ilin dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclər üzrə nəzərdə tutulan vəsaitin 208,7 milyon manatı nəqliyyat və rabitə xərclərinə, 55,4 milyon manatı iqtisadi və kommersiya fəaliyyətinə, 1,6 milyon manatı tikinti xərclərinə, 15,1 milyon manatı geodeziya və faydalı qazıntılar xərclərinə, 1,5 milyon manatı iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar xərclərinə, 628,3 milyon manatı iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərin maliyyə təminatı üçün proqnozlaşdırılır.
2021-ci ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin, biometrik pasportların hazırlanması üçün 39,1 milyon manat məbləğində vəsait nəzərdə tutulur. 2021-ci ilin dövlət büdcəsində elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 10 milyon manat proqnozlaşdırılır.
Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyətinin mərhələlərlə beynəlxalq standartlara çatdırılması və turizmin rəqabət qabiliyyətinin artırılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 55,4 milyon manat vəsait ayrılacaq. 2021-ci il dövlət büdcəsindən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin saxlanılması xərcləri üçün 3,9 milyon manat vəsait proqnozlaşdırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?