6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

76 obyektdə zəruri qayda və tələblərə əməl olunmadığı müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə noyabrın 2-də keçirdiyi monitorinqlər zamanı Xəzər rayonunda “Favorit market”də, Həlata Qasımzadəyə məxsus mağazada, Səbail rayonunda “Musa market”də, Etibar İsmayılova, Arzu İbrahimovaya məxsus mağazalarda, Yasamal rayonunda Cavid İsayevə məxsus “Market”də, Tale Əliyevə məxsus ərzaq mağazasında, Nəsimi rayonunda Elnur Məmmədova məxsus qarışıq mallar mağazasında, Elman Hüseynzadəyə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda Hüseyn Nəcəfova məxsus “Avtomobil boyaları mağazası”nda, "M-Kontakt" MMC-yə məxsus “Qarışıq mallar mağazası”nda, Nərimanov rayonunda “Ərzaq market”də, Ayaz Bayramova məxsus şirniyyat mağazasında, Sabunçu rayonunda Ruslan Hüseynova, Fərhad Ağaverdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Elşən Məmiyevə, Cavid Həsənova məxsus geyim mağazalarında, Nizami rayonunda“Best mart”, “Sunay kids” mağazalarında, Suraxanı rayonunda Cəlal Muradova məxsus geyim, Səbuhi Zeynalova məxsus şirniyyat mağazalarında, Qaradağ rayonunda Seymur Məmmədova, Rusif Azayevə məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində “NN market”də, “Depo ucuzluq geyim mağazası”nda, Sumqayıt şəhərində “Gecə hədiyyələr mağazası”nda, “Elit tikinti materialları mağazası”nda, Abşeron rayonunda Orxan Rəsulova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda Yusif Məmmədova, İntiqam Əhmədliyə məxsus mağazalarda, Şəmkir rayonunda İlkin Həşimzadəyə məxsus mağazada, Tofiq Cəfərova məxsus baytarlıq aptekində, Lənkəran rayonunda Elçin Ağayevə, Həzrət Axundzadəyə məxsus ticarət obyektlərində, Cəlilabad rayonunda Novruz İmanova, Əflatun Abbasova məxsus mağazalarda, Quba rayonunda Səxavət Məmmədova, Elvin Səlimova məxsus pərakəndə ticartət obyektlərində, Sabirabad rayonundaİxtiyar Fərzəliyevə, Mahir Əmirova məxsus mağazalarda, ümumilikdə, 76 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?