30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniyanın Aİ-dəki sədarəti vergilərə dair gündəlikdə duran məsələləri açıqlayıb

Almaniyanın Aİ-dəki sədarəti vergilərə dair gündəlikdə duran məsələləri açıqlayıb

Sədarətin açıqlamasında bidirilib ki, Almaniyanın Avropa İttifaqındakı (Aİ) yeni sədarəti diqqəti rəqəmsal şirkətlər üçün beynəlxalq səviyyədə razılaşdırılmış vergi qanunlarının tətbiqi üzərində cəmləşdirəcək. Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) rəqəmsal transformasiyalarla bağlı ortaya çıxan vergi problemlərinin effektiv həllini, eləcə də qlobal miqyasda minimal səmərəli vergi dərəcəsinin tətbiqini nəzərdə tutan islahat təklifləri üzərində iş aparır: "Danışıqlar başa çatandan sonra nəticələrin Aİ-də həyata keçirilməsini davam etdirmək niyyətindəyik".

Bundan əlavə, sənəddən aydın olur ki, Almaniya sədarəti Avropa səviyyəsində maliyyə tranzaksiyalarına vergi tətbiq etməyin tərəfdarıdır. Bu barədə sənəd 2011-ci ildə hazırlansa da, danışıq aparan Aİ-yə üzv 10 dövlət maliyyə tranzaksiyalarına vergi tətbiq olunması ilə bağlı son tamamlanmış hüquqi mətn üçün təkliflərin verilməsində az irəliləyişə nail olub.

Almaniya sədarəti həmçinin “vegilərin ödənilməsindən yayınmağa qarşı daha səmərəli mübarizə aparmaq üçün” inzibati əməkdaşlıq barədə direktivi yenidən nəzərdən keçirməyi təklif edib.

Qeyd edək ki, Almaniya Aİ-nin sədarətinə 2020-ci il iyulun 1-dən başlayıb və rotasiya qaydasında altı aylığa verilən bu səlahiyyət dekabrın 31-də başa çatacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?