1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi müzakirə olunub

Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi müzakirə olunub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Biznes və Sənaye üzrə Məsləhət Komtəsinin (BIAC) fevralın əvvəlində keçirilmiş biznes forumunda "Rəqəmsal iqtisadiyyatın vergi problemlərinin həlli üçün biznesin aparılması prinsipləri" ictimaiyyətə açıqlanıb. Sənəddə 11 prinsip göstərilir ki, mütəxəssislərin rəyinə görə, müasir iqtisadi gerçəklikləri nəzərə almaqla ölkələrin beynəlxalq vergi qanunlarının yeniləşdirilməsi üzərində işlədiyi bir vaxtda həmin prinsiplərin nəzərə alınması zəruridir. Sənəd rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı OECD-nin ölkələr arasında konsensusa nail olmaq yönündə iş aparması və bu məsələlərə dair yekun sənədin 2020-ci ilədək əldə oluması nəzərə alınmaqla hazırlanıb.

BIAC üzvlərinin mövqeyinə görə, beynəlxalq səviyyədə aparılan vergi islahatları bu prinsipləri əhatə etməlidir:

  • beynəlxalq vergitutmada mövcud olan və əsaslandırılmış təməl prinsiplərə əsaslanmaq;
  • rəqəmsal iqtisadiyyatı məhdudlaşdırmamaq;
  • vergi sisteminin Ottava prinsiplərinə riayət etmək;
  • qiymətin hazırlanma konsepsiyasını əsaslandırmaq;
  • ikiqat vergitutmaya yol verməmək;
  • islahatları əhatəli paket formasında təqdim etmək;
  • islahatları tipik müqavilə və şərhlərdə əks etdirmək;
  • vergi ödəyiciləri və vergi orqanları üçün vergi müəyyənliyini, o cümlədən mübahisələrin etibarlı mexanizmlərini təmin etmək;
  • vergi ödəyiciləri və vergi orqanları üçün inzibati yükü minimum səviyyəyə endirmək;
  • islahatları bütün iştirakçılar və maraqlı tərəflərlə birlikdə hərtərəfli məsləhətləşmələrə əsasən hazırlamaq.
VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?