30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Plastikdən hazırlanan məhsullara görə "yaşıl" vergi tətbiq etmək planlaşdırılır

Plastikdən hazırlanan məhsullara görə "yaşıl" vergi tətbiq etmək planlaşdırılır

İspaniya vergiqoymanın köməyi ilə ekologiya problemlərinə, o cümlədən plastik kütlədən hazırlanan məhsullardan istifadəyə qarşı mübarizəyə başlamaq niyyətindədir.

"Yaşıl" vergi ildə 724 min avro toplamağı nəzərdə tutur. Hökumət bu barədə qanunun 2021-ci ilin birinci yarısında qəbul edilməsini planlaşdırır.

"Yaşıl" qanunun məqsədi 2030-cu ildə ölkədə əmələ gələn bütün tullantıların miqdarını 2010-cu ilin göstəriciləri ilə müqayisədə 15 faiz azaltmaqdır. Bununla da İspaniya Avropa təsisatlarının plastik tullantılara qarşı bir neçə il bundan əvvəl başladıqları mübarizəyə qoşulacaq. Hesablamalara görə, okeanlara hər il 8 milyon ton plastik atılır.

Ölkənin vitse-prezidenti və ekoloji keçid və demokratik çağırışlar naziri Teresa Riberanın sözlərinə görə, 2021-ci ilin iyulundan İspaniyada birdəfəlik plastik məhsulların satışı qanunla qadağan olunacaq. Həmçinin tərkibində mikroplastiklər olan kosmetik və yuyucu vasitələr də qadağan ediləcək. Bar və restoranlar müştərilərə pulsuz kran suyu təklif etməyə məcbur olacaqlar. Bu, İspaniyanın qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verəcəyi tədbirlərdən biridir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?