2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada yeni qanun layihəsi qəbul edilib

Rusiyada yeni qanun layihəsi qəbul edilib

Rusiya Dövlət Dumasının ikinci oxunuşda qəbul etdiyi qanun layihəsinə əsasən, 2019-cu il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək olan dövr ərzində Moskva şəhərində, Moskva və Kaluqa vilayətlərində, eləcə də Tatarıstan Respublikasında peşəkar fəaliyyətə görə vergi tutulacaq.

Verginin dərəcəsi fiziki şəxslərin təqdim etdikləri malların (işlərin, xidmətlərin, əmlak üzərində hüququn) həyata keçirilməsindən əldə edilən gəlirin 4 faizi, fərdi sahibkarların və hüquqi şəxslərin gəlirlərinin isə 6 faizi həcmində müəyyən edilmişdir. Bu rejimin tətbiqi üçün gəlirin həddi illik 2,4 milyon rubl (35 min 366,5 dollar) və ya aylıq 200 min rubl (2.947 ABŞ dolları) müəyyənləşdirilmişdir. Yeni rejimdən o fiziki şəxslər (o cümlədən fərdi sahibkarlar) istifadə edə biləcəklər ki, onların üzərində işəgötürən yoxdur və özləri əmək müqaviləsi ilə muzdlu işçi cəlb etmirlər. Qanun layihəsində əmlakdan istifadə sayəsində qazanılmış gəlir də peşəkar fəaliyyətdən əldə olunan gəlir kimi qəbul edilmişdir. Peşəkar fəaliyyətdən əldə edilən qazanca tətbiq edilən vergi ilə bağlı eksperiment arbitraj rəhbərləri, mediatorlar, qiymətləndiricilər, notariuslar və vəkillər kimi peşə sahiblərinə aid edilməyəcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?