30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ-ın dövlət borcu rekord səviyyəyə - 24,5 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu rekord səviyyəyə - 24,5 trilyon dollara çatıb

ABŞ federal hökumətinin borc öhdəliklərinin ümumi həcmi rekord səviyyəyə - 24,5 trilyon dollara çatıb. Buna həm də koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər səbəb olub.

Yanvarın 1-dən bəri ABŞ-ın dövlət borcu 1,5 trilyon dollar artıb.

Aprelin 22-də ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitlə bağlı Birləşmiş Ştatların dövlət borcunun artmasının onu narahat etmədiyini deyib.

Donald Tramp mart ayının sonlarında iqtisadiyyatı stimullaşdıran 2 trilyon dollar həcmində tədbirlər barədə qanun layihəsini imzalayıb. Sənəd əsasən işsizlik üzrə müavinətləri, xəstəxanalara yardımları və bəzi sahələrə maliyyə dəstəyini nəzərdə tutur.

Bir qədər əvvəl “The Washington Post” qəzeti koronavirusun yayılması fonunda cari il ABŞ-ın dövlət və korporasiya borclarının artaraq rekord həddə çatacağı barədə məqalə dərc etmişdi. Proqnozlara görə, cari ildə federal büdcənin xərcləri gəlirlərini 4 trilyon dollar üstələyəcək.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, koronavirusun yayılması ilə mübarizə çərçivəsində atılan addımlar səbəbindən ABŞ-ın dövlət borcu 2020-ci ildə ümumi daxili məhsulun 131,1 faizinə qədər yüksələcək. Birləşmiş Ştatların Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən İqtisadi Analiz Bürosunun məlumatına əsasən, ötən ilin sonunda ölkədə ümumdaxili məhsulun həcmi 21,73 trilyon dollar təşkil edib.

Hazırda ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdə qərarlaşıb. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 16:10-a olan məlumatına əsasən, Birləşmiş Ştatlarda 849 mindən çox yoluxma və 47 min 684 ölüm faktı qeydə alınıb, 84 min 50 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?