1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Argentina Avropaya bioloji dizel ixrac edəcək

Argentina Avropaya bioloji dizel ixrac edəcək

Argentinanın Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada Avropa İttifaqının qiymət siyasəti çərçivəsində ədalətsiz rəqabətin qarşısını almaq üçün dayandırdığı bioloji dizel satışının bərpa ediləcəyi bildirilib.

Açıqlamada Avropa Komissiyasının 28 ölkədə qüvvədə olacaq sazişi qəbul edildiyi vurğulanıb. Saziş çərçivəsində Komissiya üzv ölkələrə Argentinadan idxal olunacaq bioloji dizel üçün 25 faizdən 33,4 faizə qədər anti-dempinq vergisinin tətbiqini təklif edəcək. Bununla əlaqədar olaraq, bioloji dizel idxalı üçün tutulan gömrük vergisinin dərəcəsi aşağı salınacaq. Avropa Komissiyası bioloji dizelin xammalı olan bitkilərə idxal vergisinin tətbiq edilməsinin zəruriliyi səbəb göstərilməklə, 2012-ci ildə Argentina və İndoneziyadan idxal olunan mallarla bağlı təhqiqata başlamışdı.

Təhqiqat nəticəsində Komissiya belə qənaətə gəlmişdi ki, Argentinanın soya, İndoneziyanın palma yağına ixrac vergisi tətbiq etməsi istehsalçılara xammal üçün subsidiya verilməməsinə səbəb olur. Buna görə də 2013-cü ildə bu ölkələrdən ixrac edilən mallara anti-dempinq vergisi qoyulmuşdu. Ölkələr arasındakı anlaşılmazlığa Dünya Ticarət Təşkilatı tərəfindən reaksiya verildiyinə görə, Avropa İttifaqı həmin vergini ləğv etmək məcburiyyətində qalmışdı.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?