1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
D.Tramp: "Gömrük vergiləri ABŞ-da polad sənayesini canlandırıb"

D.Tramp: "Gömrük vergiləri ABŞ-da polad sənayesini canlandırıb"

ABŞ Prezidenti Donald Tramp öz təşəbbüsü ilə həyata keçirilən tədbirlərin ölkə sənayesini canlandırdığını qeyd edib. O, özünün "Twitter" hesabında qeyd edib ki, polad üçün tətbiq olunan əlavə gömrük vergiləri sayəsində bazar hərəkətlənib, polad sənayesi genişlənib, yeni iş yerləri yaranıb.

Tramp "Twitter" paylaşmasında yazıb: "ABŞ-ın hər yerində yeni və genişlənmək mərhələsində olan zavodlar fəaliyyət göstərir. Biz bu mühüm sahəni xilas etmişik, çoxlu iş yerləri yaratmışıq. Xüsusən də xəzinəmizə milyardlarla dollar vəsait ödənilib. Bu, ABŞ üçün böyük qazancdır". Dünya Ticarət Təşkilatı (DTT) isə ABŞ Prezidentinin 250 milyard dollarlıq Çin məhsullarına əlavə gömrük vergisi tətbiq etməsini mənasız hesab edir. "Bloomberg" agentliyinin xəbərinə görə, DTT xüsusi olaraq ABŞ-ın Çinə qarşı tətbiq etdiyi əlavə gömrük vergilərinin, bu təşkilatın bütün üzvlərinin eyni vergiləri tətbiq etməsinin zəruriliyi maddəsinə uyğun olub-olmadığını araşdırmaq üçün məhkəmə təhqiqatı başlatmağa hazırlaşır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?