1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Polşa hökuməti azad iqtisadi zona yaradılması üzrə yeni plan hazırlayıb

Polşa hökuməti azad iqtisadi zona yaradılması üzrə yeni plan hazırlayıb

Polşa hökuməti azad iqtisadi zona rejiminin bütün ölkə boyunca tətbiqini nəzərdə tutan yeni planı qəbul edib. Hazırda ölkədə 13 azad iqtisadi zona fəaliyyət göstərir, növbəti zonanın yaradılmasına isə hazırlıq görülür. Bu zonalarda işləməyə qəbul edilən şirkətlər qoyduqları sərmayələrin həcmindən və açdıqları iş yerlərinin sayından asılı olaraq, korporativ vergidən qismən azad edilirlər. Bundan əlavə, azad iqtisadi zonada işləyən şirkətlər əmlak vergisindən də azaddırlar. Bu güzəştlər üçün son müddət 2026-cı ilə qədər davam edəcək. Analoji vergi güzəştlərindən istifadə edə bilmək üçün sərmayələr Polşanın istənilən yerində qoyula bilər.

Bunlarla yanaşı, təsnifat meyarları yeni qanunvericiliyə uyğun olaraq şirkətin ölçüsünün göstərilməsi, investisiyanın tipi, işsizliyin yerli səviyyəsi və açılan yeni iş yerlərinin keyfiyyəti ilə bağlı daha əhatəlidir.

Gözlənilir ki, azad iqtisadi zona ilə bağlı yeni rejimin qanunvericilik prosesi bu ilin ilk rübündə tamamlanacaq, ikinci rübdə isə şirkətlər vergi güzəşti almaq üçün ərizə verə biləcəklər.

Yeni qanun qüvvəyə minənə qədər verilmiş icazələr isə 2026-cı ilə qədər qüvvədə olacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?