1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Belarus Avrasiya İqtisadi İttifaqının müraciəti əsasında Vergi Məcəlləsinə dəyişiklik edib

Belarus Avrasiya İqtisadi İttifaqının müraciəti əsasında Vergi Məcəlləsinə dəyişiklik edib

Bu il yanvarın 1-dən Belarus Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsində edilmiş dəyişikliyə əsasən, Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrdən gətirilən mallar üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi 20 faizdən 10 faizə endirilib.

Bundan əvvəl yalnız ölkə ərazisində istehsal olunan bitkiçilik (gülçülük və dekorativ bitkilər istisna olmaqla) məhsulları, yabanı giləmeyvələr, qoz və digər meyvələr, göbələk və digər yabanı ərzaq məhsulları, arıçılıq məhsulları, heyvandarlıq məhsulları (xəz-dəri istisna olmaqla), eləcə də balıq məhsulları üçün tətbiq olunan əlavə dəyər vergisinin dərəcəsi 10 faiz idi.

Bununla belə, Aİİ ölkələrindən idxal edilən eyni məhsullara ayrı-seçkilik qoyularaq onlara 20 faiz dərəcəsi ilə ƏDV tətbiq olunurdu. Bu isə Aİİ müqaviləsi ilə ziddiyyət təşkil edirdi: həmin müqaviləyə əsasən, Aİİ ölkələrindən idxal edilən mallara görə tutulan dolayı vergilərin dərəcəsi ölkədə istehsal olunun mallara tətbiq edilən dolayı vergilərin dərəcəsindən artıq olmamalıdır. Buna görə də keçən ilin may ayında Aİİ-nin Kollegiyası Belarus Respublikasına İqtisadi İttifaqın qanunlarına əməl etmək və mövcud uyğunsuzluğu aradan qaldırmaq barədə müraciət etmişdi. Müraciət əsasında Belarus Respublikası öz qanunvericiliyində müvafiq dəyişiklik edib. Dəyişiklik bu il yanvarın 1-dən qüvvəyə minib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?