31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiyada işçi qüvvəsinin çatışmamasına görə müflis olan şirkətlərin sayı rekord həddə çatıb

Yaponiyada işçi qüvvəsinin çatışmamasına görə müflis olan şirkətlərin sayı rekord həddə çatıb

Bu sahədə araşdırma aparan "Tokyo Shoko Research" tədqiqat şirkətinin məlumatında bildirilir ki, 2019-cu ildə 426 şirkət kifayət qədər işçi tapa bilmədiyinə görə müflis olduğunu elan edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10 faiz çoxdur və həmin statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.

Aparılan sorğunun nəticələrinə görə, şirkətlərin 270-i və ya 60 faizi bu şirkətlərin rəhbərinin pensiyaya getməsi və onun yerinə əvəzedici kadrın tapılmaması ilə bağlı qapılarını bağlamalı olub.

Təqribən 80 şirkət işə qəbulla bağlı elan yerləşdirilməsinə baxmayaraq, kifayət qədər əməkdaş toplaya bilmədiyinə görə bağlanıb. Daha 40 şirkət pensiyaya getmiş və ya işdən çıxmış əməkdaşları əvəz edə bilməyib. Digər 30 şirkət isə əməkdaşların artan əməkhaqqını ödəyə bilmədiyinə görə müflis olduğunu elan edib.

"Tokyo Shoko Research" şirkətinin bildirdiyinə görə, müflis olan şirkətlər əsasən tikinti və xidmət sahələrinə aiddir. Buraya işçi çatışmazlığına görə bağlanan şirkətlərin təqribən 50 faizi daxildir.

Tədqiqatçı şirkətdən, həmçinin bildiriblər ki, kiçik şirkətlər işçi çatışmazlığına görə daha tez müflis olur. Qeyd edilir ki, tam olmayan iş günü ilə bağlı xərclərin və işçilərin əməkhaqlarının artdığı şəraitdə menecerləri daha bir ağır il gözləyir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?