31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ Çini "valyuta ilə manipulyasiya edən ölkələr" siyahısından çıxarıb

ABŞ Çini "valyuta ilə manipulyasiya edən ölkələr" siyahısından çıxarıb

ABŞ Maliyyə Nazirliyinin Konqresə ünvanladığı yarımillik hesabatda artıq Çinin öz milli valyutası ilə məzənnə manipulyasiyası etmədiyi qeyd olunur. Hesabatda ötən ilin sentyabrında Çin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar = 7,18 yuan olduğu halda, hazırda məzənnənin 1 dollar = 6,92 yuan səviyyəsinə düşdüyü bildirilir. “Bu kontekstdə hazırda nazirlik Çinin daha valyuta ilə manipulyasiya edən ölkə kimi qəbul edilməməli olduğunu müəyyənləşdirib”, - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, iki ölkə arasında təxminən iki il müddətində davam edən “ticarət müharibəsi” fonunda ABŞ-ın Maliyyə Nazirliyi ötən ilin avqustunda Çini “valyuta ilə manipulyasiya edən ölkə” adlandırmışdı. Nazirlik Çin Xalq Bankının yuanın məzənnəsini aşağı salmaqla çinli ixracatçılara dünya bazarlarında qiymət üstünlüyü yaratdığını və ABŞ-da Çin mallarına qoyulmuş tarif hesabına yaranan ziyanı qismən yumşalmasına nail olduğunu iddia etmişdi. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp da “Twitter” səhifəsində bunu “valyuta manipulyasiyası” adlandırmışdı.

Çin ilə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. Bundan sonra tərəflər bir neçə dəfə qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar. “Böyük iyirmilik” ölkələrinin 2018-ci ilin dekabrında Buenos-Ayresdə keçirilmiş zirvə görüşündə Prezident Donald Tramp və ÇXR Sədri Si Cinpin ticarət mübahisələrini həll etmək üçün danışıqlara başlanmasına qərar vermişdilər. Ticarət danışıqlarının ötən ilin oktyabrında Vaşinqtonda keçirilmiş 13-cü mərhələsində ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma əldə olunub. Bir neçə gün əvvəl isə Çin Kommersiya Nazirliyi yaxın günlərdə Vaşinqtonda ABŞ ilə Çin arasında ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma imzalanacağını, bu məqsədlə Çin Dövlət Şurası sədrinin (Baş Nazir) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyətinin yanvarın 13-də Vaşinqtona səfərə yollanacağını bəyan etmişdi. Artıq Çin nümayəndə heyəti Birləşmiş Ştatların paytaxtındadır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?