23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin gömrük vergilərini azaldır

Çin gömrük vergilərini azaldır

Son otuz ildə iqtisadi artım sürəti ilk dəfə ən aşağı səviyyəyə düşən Çin hökuməti gömrük vergilərini ciddi şəkildə aşağı salmağı planlaşdırır. Vergi endirimləri istehlak malları, qabaqcıl texnologiyalar, kompüter çipləri, astma və diabet dərmanları, dondurulmuş donuz əti kimi 850 adda idxal mallarına şamil ediləcək. "Bloomberg" agentiliyinin hesablamalarına görə, endirimlər 389 milyard dollar həcmində idxal mallarını əhatə edəcək.

Çin Dövlət Şurasının açıqlamasında "Gömrük vergisi sahəsində təkmilləşdirmələrin idxal qiymətlərini azaltmağa və Çin bazarının xaricə açılmasını daha yüksək səviyyəyə çatdırmağa köməyi olacağı" bildirilib.

Dünyanın böyüklüyünə görə ikinci iqtisadiyyatına sahib olan Çinin vergi endiriminə getməsi ABŞ ilə ticarət müharibəsində saziş əldə edilməsi ilə əlaqələndirilir. Çin rəhbərliyi ABŞ-ın tənqidlərinin əksinə olaraq öz iqtisadiyyatının xaricə açıq olduğunu nümayiş etdirməyə çalışır. Bundan əlavə, rəsmi Pekin ABŞ ilə aparılan ticarət görüşmələrində öhdəsinə götürdüyü kimi ABŞ-dan idxalı artırmağın önünü açmağı planlaşdırır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması