31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya üzrə borclar artır

Dünya üzrə borclar artır

Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) məlumatına görə, 2019-cu ilin birinci yarısında dünya üzrə borcların ümumi məbləği rekord səviyyəyə çataraq 250 trilyon dollara bərabər olub. Bu göstərici dünya üzrə ÜDM-in 240 faizinə bərabərdir.

Makroiqtisadiyyat məsələləri üzrə ekspert Peter Faro AZƏRTAC-ın müxbiri ilə söhbətində bu rekordu şərh edərək bildirib ki, dünya üzrə borcun artmasının 60 faizi Çinin və ABŞ-ın "təqsiri" üzündən yaranıb. P.Faro BMİ-nin bir xəbərdarlığını da xatırladıb ki, dünya üzrə borclar dünya iqtisadiyyatından daha sürətlə artır. Aşağı faiz dərəcələri borcları daha şirnikləndirici edir. İnkişaf etmiş ölkələrin hökumətləri bu artıma görə birbaşa məsuliyyət daşıyırlar, “üçüncü dünya” ölkələrində borcun artması isə özəl müəssisələrin fəaliyyəti ilə bağlıdır.

Hindistan, Meksika və Çili kimi ölkələrin daha çox zəifləməsini qeyd edən ekspertin sözlərinə görə, bu ölkələrin valyuta borcları daha çoxdur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?