31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Beynəlxalq ticarət ziddiyyətləri qlobal ÜDM-dəki itkiləri 700 milyard dollara qədər artıra bilər

Beynəlxalq ticarət ziddiyyətləri qlobal ÜDM-dəki itkiləri 700 milyard dollara qədər artıra bilər

"Bu ildə dünya iqtisadiyyatın artımının cəmi 3 faiz olacağı gözlənilir, bu, son onillikdə minimum dinamikadır". Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva dünyanın aparıcı təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən dördüncü "dəyirmi masa"nın yekunları üzrə baş tutan mətbuat konfransında deyib. Onun sözlərinə görə, buna təsir edən əsas amil beynəlxalq aləmdə qeyri-müəyyənliyin artmasına səbəb olan ticarət ziddiyyətləri olub: "Hesablamalarımıza görə, qlobal ÜDM-dəki itkilər 2020-ci ilə qədər 700 milyard dollar təşkil edəcək. Bu, planetin ümumi məhsulunun 0,8 faizi deməkdir". K.Georgiyevanın fikrincə, belə şəraitdə ekologiya və iqlim dəyişikliyinə qarşı mübarizədən tutmuş maliyyə və fiskal siyasətə qədər bir sıra istiqamətlər üzrə məhsuldar çoxtərəfli əməkdaşlığın yeni effektiv metodlarını axtarmaq son dərəcə aktuallaşır.

Pekindəki "dəyirmi masa"da Çinin Dövlət Şurasının Baş naziri Li Ketsyan, Dünya Bankının prezidenti Devid Melpas, Ümumdünya Ticarət Təşkilatının baş direktorunun müavini Alan Vulf, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Qurria və Maliyyə Sabitliyi Şuranın sədri Rendal Kuorlz iştirak ediblər.

Qeyd edək ki, bu gün Pekində "Dünya iqtisadiyyatının açıqlığına, sabitliyinə və yüksək keyfiyyətli inkişafına töhfə" şüarı altında dünyadakı vəziyyətdə və qlobal makroiqtisadi strategiyalarda baş verən son dəyişikliklərə həsr olunmuş "bir üstəgəl altı" formatında dördüncü "dəyirmi masa" keçirilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?