31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Google" bərpa olunan enerji sahəsinə böyük həcmdə sərmayə yatırdığını elan edib

"Google" bərpa olunan enerji sahəsinə böyük həcmdə sərmayə yatırdığını elan edib

"Google" şirkəti qlobal əməliyyatları üçün bərpa olunan enerji satın almaq üçün tarixində ən böyük sərmayə qoyduqlarını açıqlayıb. Bu barədə şirkətin rəhbəri Sundar Piçai Helsinkidə Finlandiyanın Baş naziri Antti Rinne ilə birgə mətbuat konfransı zamanı bildirib: "2017-ci ildə qlobal əməliyyatlarımızın 100 faiz bərpa olunan enerji hesabına həyata keçirilməsinə nail olmuşuq. Bu həftə bərpa olunan enerjinin tariximizdən iri həcmdə satın alışını həyata keçirmişik və həmin həcmin yarısı qədəri Avropada 10 yeni enerji layihəsi vasitəsilə istehsal ediləcək. İmzalanan müqavilələrin bəhrəsi Avropa İttifaqının yeni enerji infrastrukturuna milyard avrodan çox məbləğdə sərmayələr olacaq".

O, adıçəkilən layihələrdən 5-nin Danimarkada, 2-nin Finlandiya və İsveçdə, 1-nin isə Belçikada olacağını qeyd edib: "Finlandiyada külək enerjisinə dair iki layihəmiz 225 mVt həcmində enerji istehsal edəcək".

Bununla yanaşı, növbəti iki ildə "Google"nin Avropadakı data mərkəzlərinə 3 milyard avroluq sərmayə qoyacağı, bununla da Avropanın internet infrastrukturuna 2007-ci ildən məcmu sərmayələrini 15 milyard avroya çatdıracağı da diqqətə çatdırılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?