1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiya ölkədən çıxan xarici turistlərdən vergi tutur

Yaponiya ölkədən çıxan xarici turistlərdən vergi tutur

Bu vergi digər yığımlarla bərabər təyyarə və gəmi biletlərinin qiymətinə əlavə olunur

Yanvarın 7-dən Yaponiyada xarici turistlərdən ölkədən çıxmaları üçün 1.000 yen (9 ABŞ dolları) həcmində yeni verginin tutulmasına başlanılıb. Vergi biletin qiymətinin üstünə gəldiyinə görə, turistlərdən xüsusi müəyyənləşdirilmiş kassalara və ya gömrük orqanlarına müraciət etmələri tələb olunmur. Burada şəxsi təyyarələr istisna təşkil edir, onların sərnişinləri yeni vergini uçuşdan əvvəl ödəməlidirlər. Yeni vergi iki yaşa qədər körpə uşaqlara, Yaponiyanı 24 saat ərzində tərk edən tranzit sərnişinlərə, deportasiya edilmiş şəxslərə, eləcə də fövqəladə səbəblərə görə (təyyarənin məcburi enməsi kimi) Yaponiyaya gəlmiş şəxslərə şamil edilmir.

Hökumət bu vergidən daxil olacaq vəsaiti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində infrastrukturun təkmilləşdirilməsinə yönəltməyi planlaşdırır. İlkin hesablamalara görə, ölkədən çıxış vergisi dövlət büdcəsinə hər il əlavə 50 milyard yen (təxminən 460 milyon ABŞ dolları) vəsait daxil olmasına şərait yaradacaq. Bu il turist yığımları hesabına, Tokio da daxil olmaqla, ölkənin iri şəhərlərinin hava limanlarında insan sifətinin tanınması sistemləri quraşdırılacaq. Yerdə qalan vəsaitin isə miqrasiya prosedurlarının sürətləndirilməsinə və ictimai nəqliyyatda nağdsız ödəniş cihazlarının quraşdırılmasına yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, analoji vergi Avstraliya və Cənubi Koreya kimi bir çox ölkələrdə də tətbiq edilir. Yaponiyada turizmin inkişafı ilə əlaqədar bir sıra əlavə vergilər də yığılır. Məsələn, 2018-ci ilin payızında Kioto şəhərinin rəhbərliyi mehmanxanada qalan qonaqlardan turist vergisi tutmaq barədə qərar qəbul edib. Yığımın məbləği mehmanxana nömrəsinin qiymətindən asılı olaraq 2-13 dollar arasındadır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?