31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İyul ayında ölkəyə gələn xarici vətəndaşların sayı 10,6 faiz artıb

İyul ayında ölkəyə gələn xarici vətəndaşların sayı 10,6 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1.777,4 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn bildirib ki, bu ilin iyul ayında ölkəyə gələn xarici vətəndaşların sayının 10,6 faiz artması həmin şəxslərin bank kartları vasitəsilə xərcləmələrində də artıma səbəb olub: "Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 134,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz çoxdur. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 725,4 mln. manat təşkil edib".

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?