31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BƏƏ-də şirin içkilərə və elektron siqaretə vergi tətbiq ediləcək

BƏƏ-də şirin içkilərə və elektron siqaretə vergi tətbiq ediləcək

Əhalinin sağlamlığının qayğısına qalmaq və vətəndaşların səhhətinə ziyan vuran məhsullara tələbatın azaldılmasını stimullaşdırmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin hökuməti vergi qoyulan aksiz məhsullarının, o cümlədən tərkibində şəkər olan içkilərin və elektron siqaretlərin siyahısının 2020-ci il yanvarın 1-dən genişləndirilməsi barədə qərar qəbul edib.

Ölkənin Nazirlər Kabinetinin Baş katibliyinin dərc etdiyi bəyanata əsasən, bu qərar əhalinin sağlamlığının möhkəmləndirilməsi və bilavasitə şəkər və tütündən istifadə ilə bağlı xroniki xəstəliklərin profilaktikası üzrə BƏƏ hökumətinin səylərinin dəstəklənməsinə yönəldilib. Bəyanatda qeyd edilir ki, şəkər və ya şəkər əvəzedicilərinin əlavə olunduğu hər bir məhsuldan – içki, konsentrat, toz halında, ekstrakt, yaxud içkiyə çevriləcək digər məhsuldan 50 faiz həcmində vergi tutulacaq. Bununla yanaşı, istehsalçıya içkinin tərkibində şəkərin miqdarını alıcıya göstərmək tapşırılır.

Qeyd olunur ki, siqaretçəkmədə istifadə edilən, tərkibində nikotin və tütün olan elektron qurğulardan, oxşar qurğularda tətbiq edilən mayelərdən də 100 faiz həcmində vergi tutulacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?