31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə siqaretin qiymətinin artırılması büdcəyə əlavə vəsait gətirəcək

Türkiyədə siqaretin qiymətinin artırılması büdcəyə əlavə vəsait gətirəcək

Mütəxəssislərin rəyinə görə, orta qiyməti 13,2 lirə (1 lirə = 0,31 manat) olan bir qutu siqaretin qiymətinin 3 lirə qaldırılması ilin sonuna qədər büdcəyə əlavə 6 milyard lirə vəsait daxil olmasına gətirib çıxaracaq. "Hürriyət" qəzetinin şərhində bildirilir ki, tütün məhsullarının qiymətinin 3 lirə artması nəticəsində qiymət dəyişməsinin nisbəti 22,7 faizə çatıb. Siqaretin ümumi inflyasiya göstəricisində xüsusi çəkisi isə 3,87 faiz təşkil edir. Ölkədə tütün məhsullarının qiymətinin artırılmasının inflyasiyaya 0,89 nisbətində təsir edəcəyi gözlənilsə də, bu, büdcə daxilolmalarında kifayət qədər artıma səbəb olacaq.

Hesablamalara görə, ilin sonuna qədər büdcəyə proqnozdan əlavə 5 milyard lirə məbləğində xüsusi istehlak vergisi (XİV), 1 milyard lirə məbləğində isə əlavə dəyər vergisi (ƏDV) cəlb olunacaq. İyun ayında siqaretə görə yığılan XİV gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 50,4 faiz artaraq 5 milyard lirə olmuşdu. Yanvar-iyun dövründə isə XİV yığımı keçən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artımla 24 milyard 727 milyon lirə təşkil etmişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?