31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Amazon" Fransadakı tərəfdaşları üçün xidmətlərin qiymətini qaldıracaq

"Amazon" Fransadakı tərəfdaşları üçün xidmətlərin qiymətini qaldıracaq

İnternet ticarət şirkəti olan "Amazon" Fransa hökumətinin rəqəmsal sahənin nəhəngləri olan GAFA-ya ("Google", "Amazon", "Facebook", "Apple") tətbiq etdiyi vergi yükünü kompensasiya etmək üçün bu ölkədəki tərəfdaşlarına göstərilən xidmətlərin qiymətlərini qaldıracaq. "Frans-Press" agentliyinin məlumatına görə, bu barədə "Amazon"dan bildirilib: "Bu vergi birbaşa bizim birgə işlədiyimiz şirkətlərə göstərdiyimiz xidmətlərə təsir edəcək. Bizim başqa seçimimiz yoxdur", - "Amazon"un nümayəndəsi deyib.

Qeyd edək ki, iyulun 11-də Fransa parlamentinin yuxarı palatası – Senat rəqəmsal xidmətlər göstərən şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, bu vergi dünya internet nəhənglərinin 2019-cu il yanvarın 1-dən Fransada əldə etdikləri gəlirdən tutulacaq və ölkədəki ticarət dövriyyəsinin 3 faizini təşkil edəcək. Vergini dünyadakı dövriyyəsi 750 milyon avrodan, Fransadakı dövriyyəsi isə 25 milyon avrodan artıq olan şirkətlər, eləcə də internet reklamı, şəbəkə satışı sahəsində fəaliyyət göstərən şirkətlər ödəyəcəklər.

Gözlənildiyinə görə, 2020-ci ildə informasiya texnologiyaları şirkətlərindən Fransa büdcəsinə daxil olacaq vergilərin həcmi 650 milyon avroya çatacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?