31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ inşaatda işlədilən polad məhsullarına yenidən əlavə vergi qoyub

ABŞ inşaatda işlədilən polad məhsullarına yenidən əlavə vergi qoyub

ABŞ-ın dövlət başçısı Donald Tramp Kanada və Meksika ilə birlikdə Şimali Amerika Sərbəst Ticarət Sazişini yenidən nəzərdən keçirdiyini səbəb göstərərək, bu ölkələrdən idxal edilən polad və alüminiuma tətbiq olunan gömrük vergisini ləğv etmişdi. ABŞ Ticarət Nazirliyi Çin, Meksika və Kanadanın inşaatda istifadə edilən idxal polad istehsalçılarına dəstək verdiklərini, Kanadanın polad istehsalına göstərdiyi dəstəyin önəmsiz həcmdə olduğunu və buna qarşılıq verilməyəcəyini, Çin və Meksikadan idxal edilən polada isə əlavə gömrük vergisi qoyulacağını bildirib. Nazirlik Çin və Meksikanın inşaatda işlədilən polad istehsalçılarına 30 faiz ilə 177 faiz arasında dəstək verildiyinin təsdiqləndiyini bildirib. ABŞ 2018-ci ildə Çin və Meksikadan ümumilikdə 1,5 milyard dollarlıq polad idxal etmişdi.

ABŞ Prezidenti Donald Tramp ölkənin milli təhlükəsizliyinə qorxu yaratdığı mülahizəsini irəli sürərək, keçən il polad idxalına 25 faiz, alüminium istehsalına isə 10 faiz əlavə vergi tətbiq etməyi qərara almış, may ayında isə Çin və Kanadaya tətbiq olunan vergini ləğv etmişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?