1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hindistan ABŞ-dan idxal edilən məhsullara əlavə gömrük vergisi qoyub

Hindistan ABŞ-dan idxal edilən məhsullara əlavə gömrük vergisi qoyub

ABŞ hökuməti Hindistanı Qlobal Güzəşt Sistemi proqramından çıxardıqdan sonra Hindistan da buna cavab addımı ataraq ABŞ-dan idxal edilən alma, qoz, badam, mərcimək kimi 28 məhsula əlavə gömrük vergisi tətbiq etməyə başlayıb. Bu məhsullardan bəzilərinə qoyulan əlavə gömrük vergisinin dərəcəsi 70 faizə çatır. Hindistan Maliyyə Nazirliyinin açıqlamasında belə bir qərarın milli mənafe nəzərə alınaraq verildiyi göstərilib. Ekspertlər diqqəti bu addımın ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modinin görüşəcəyinin gözlənildiyi G20 ölkələrinin zirvə toplantısı ərəfəsində atılmasına yönəldiblər. İyunun sonunda Yaponiyada keçiriləcək həmin tədbirdə iki ölkənin xarici işlər nazirlərinin də görüşü planlaşdırılıb.

Qeyd edək ki, ABŞ-la Hindistan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi keçən il 142 milyard dollar olmuşdu və mütəxəssislər bu rəqəmin 2001-ci ildən bəri 7 dəfə artdığını bildirirlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?