14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il təmiz enerji texnologiyalarına 1,7 trilyon dollar investisiya qoyulacağı gözlənilir

Beynəlxalq Enerji Agentliyi (IEA) “Dünyada enerji investisiyaları 2023” (World Energy Investments – 2023) hesabatını dərc edib. Hesabata görə, qlobal enerji böhranından qaynaqlanan əlçatanlıq və təhlükəsizlik problemləri daha dayanıqlı variantların axtarılmasını zəruriləşdirdiyi üçün bu il təmiz enerji texnologiyalarına qoyulması nəzərdə tutulan sərmayələr mədən yanacaqlarına çəkilən xərclərdən əhəmiyyətli dərəcədə çox olacaq. Bu kontekstdə 2023-cü ildə dünya miqyasında enerjiyə təxminən 2,8 trilyon dollar sərmayə qoyulacağı proqnozlaşdırılır ki, bunun da 1,7 trilyon dollarının bərpa olunan enerji, elektriklə işləyən nəqliyyat vasitələri, nüvə enerjisi, aşağı emissiyalı yanacaqlar, səmərəliliyin artırılması kimi istiqamətlərə yönəldilməsi gözlənilir. Bundan əlavə, mədən yanacaqlarına – kömür, qaz və neftə 1,1 trilyon dollar sərmayə qoyulacağı təxmin edilir.

2023-cü ilin təmiz enerji investisiyalarında günəş enerjisi başda olmaqla bərpa olunan enerji mənbələrinə və elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük verilir. Qoyulan investisiyaların təxminən 90 faizinin günəş enerjisi ilə idarə olunan aşağı emissiyalı texnologiyalara yönəldiləcəyi gözlənilir. Hesabatda 2021-2023-cü illər arasında mədən yanacaqlarına yatırılan investisiyaların 15%-lik artımı ilə müqayisədə bərpa olunan enerji mənbələri və elektriklə işləyən nəqliyyat vasitələri sayəsində təmiz enerjiyə yatırılan investisiyaların 24% artacağı proqnozlaşdırılıb.

Hesabatda göstərilir ki, son illərdəki təmiz enerjiyə qoyulan sərmayələrdəki artımın 90 faizindən çoxu inkişaf etmiş iqtisadiyyata malik ölkələrin və Çinin payına düşür. Bu baxımdan, təmiz enerjiyə keçid başqa yerlərdə də baş verməzsə, qlobal enerji sənayesində yeni uyğunsuzluqların yaranması üçün ciddi risk ortaya çıxa bilər. Avropa Parlamentinin təsdiq etdiyi “Yaşıl razılaşma” adlı iqlim qanununa görə, Aİ ölkələri qarşıya 2030-cu ilə qədər karbon emissiyalarını 55 faiz azaltmaq, 2050-ci ilə qədər isə neytral həddə çatdırmaq hədəfi qoyub. Qanunu təsdiq edən ölkələr Avropa bazarına satdıqları məhsul və xidmətlərin karbon emissiyalarını müəyyən edilmiş standartlara uyğun tənzimləməsələr, ton başına 30-50 avro arasında əlavə vergi ödəməli olacaqlar.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?