29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ və ABŞ ticarət və texnologiya sahəsində əməkdaşlığı genişləndirir

Aİ və ABŞ ticarət və texnologiya sahəsində əməkdaşlığı genişləndirir

Avropa İttifaqına (Aİ) sədrlik edən İsveçin Lulea şəhərində Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının 4-cü iclası keçirilib.

Görüşdən sonra ABŞ dövlət katibi Antoni Blinken, ABŞ-ın ticarət naziri Gina Raimondo, ABŞ-ın ticarət nümayəndəsi Ketrin Tai, Aİ Komissiyasının vitse-prezidenti Marqret Vestager, Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və Aİ Komissiyasının üzvü Thierry Bretonun iştirakı ilə mətbuat konfransı keçirilib.

Türkiyənin “Anadolu” agentliyinin xəbərinə əsasən, A.Blinken Aİ və ABŞ-nin üzləşdiyi ən aktual problemləri həll etməyə, davamlı və şaxələndirilmiş təchizat zəncirlərinin yaradılmasına diqqət yetirdiklərini bildirib.

Aİ və ABŞ-nin Rusiya-Ukrayna müharibəsi, ixraca nəzarət və Çinin yaratdığı çətinliklərlə bağlı yekdil olduğunu vurğulayan A.Blinken deyib: “Biz investisiyaların yoxlanılması mexanizmləri və ixraca nəzarətin koordinasiyası kimi məsələlərə diqqət yetirir, bəzi qeyri-bazar təcrübələri ilə mübarizə aparmaq üçün tədarük zəncirlərini diversifikasiya etmək istiqamətində işləyirik".

A.Blinken Çinlə üz-üzə gəlmək istəmədiklərini qeyd edib: "Heç birimiz soyuq müharibə istəmirik. Heç birimiz əlaqəni kəsmək fikrində deyilik. Çinlə ticarət və investisiya əlaqələrindən hamımız faydalanırıq. İndi səylərimizi risklərin azaldılması üzərində cəmləşdirmişik”.

Süni intellektlə bağlı gərgin və səmərəli müzakirələr apardıqlarını qeyd edən A.Blinken, Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının süni intellektlə bağlı bütün həmfikir ölkələrə açıq olan könüllü davranış kodeksinin müəyyən edilməsində mühüm rol oynayacağını bildirib.

Avropa Komissiyasının vitse-prezidenti Vestager süni intellektlə bağlı məsuliyyətin zəruriliyini vurğulayaraq deyib: “Yaxın həftələrdə süni intellektlə bağlı davranış kodeksinin layihəsini hazırlayacağıq”.

Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının yekununda birgə bəyanat nəşr olunub. Bəyanatda bildirilib ki, Aİ və ABŞ yeni texnologiyalar, davamlı ticarət və iqtisadi təhlükəsizlik kimi müxtəlif mövzularda əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?