29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fransa iri şirkətlər üzərində vergi nəzarətini gücləndirəcək

Fransa iri şirkətlər üzərində vergi nəzarətini gücləndirəcək

Fransa hakimiyyəti vergi nəzarətini gücləndirmək və vergidən yayınmaya görə cəzaları sərtləşdirmək, xüsusən də böyük saxtakarlıq sxemlərinə qarşı mübarizə aparmaq planlarını açıqlayıb. Dövlət hesablamalarına məsul olan təmsilçi-nazir Qabriel Attal çox vaxt beynəlxalq tərəflərin iştirakilə həyata keçirilən böyük saxtakarlıq sxemlərinə diqqət yetirmək niyyətində olduqlarını bildirib. Onun fikrincə, bu, orta təbəqəyə, kiçik və orta biznes sahiblərinə təzyiqi azaldacaq.

Hökumətin hazırladığı plan çərçivəsində 2027-ci ilin sonuna kimi iri biznes subyektlərində yoxlamaların sayının 25% artırılması nəzərdə tutulur. Bundan əlavə, dövrü qaydada fond bazarının 100 aparıcı iştirakçısında vergi yoxlamalarının aparılması planlaşdırılıb. Əvvəllər iri şirkətlər üçün belə yoxlamaların konkret tezliyi yox idi. 2027-ci ilə qədər Dövlət Baş Maliyyə İdarəsinin vergi saxtakarlığına qarşı mübarizə aparan qruplarına 1.500 əlavə işçi cəlb olunacaq. İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdində yüzə yaxın əməkdaşın daxil olduğu yeni vergi kəşfiyyatı xidməti də yaradılacaq. Yeni qurumun əsas vəzifəsi beynəlxalq səviyyədə böyük vergi saxtakarlığı ilə mübarizə aparmaq olacaq.

Qabriel Attal beynəlxalq səciyyə daşıyan vergi cinayətlərinə görə cəzaların genişləndirilməsinin və sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. O, nəzərdə tutulan cəzalar çərçivəsində qanun pozucularının mülki hüquqlarının məhdudlaşdırılması kimi sanksiyaların tətbiqinin də istisna olunmadığını bildirib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?