5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aİ “Facebook”un ana şirkəti “Meta”nı rekord məbləğdə cərimələyib

Hazırda texnologiya şirkətləri tərəfindən istifadəçilərin şəxsi məlumatlarının saxlanması, qorunması və paylanması aktuallıq kəsb edən qlobal məsələlərdən birinə çevrilib. Bu baxımdan, Avropa İttifaqının (Aİ) “Meta”nı 1,3 milyard dollar məbləğdə cərimələməsi böyük maraq doğurur. Aİ-nin məlumatların qorunması qaydalarını pozduğu üçün sosial media şirkətinə qarşı qəbul etdiyi bu qərara əsasən, “Facebook” Avropadakı istifadəçilərindən toplanan məlumatların ABŞ-a ötürülməsini dayandırmalıdır.

Aİ-nin Məlumatların Mühafizəsi Şurası (EDPB) tərəfindən elan edilən bu cəza “Məlumatların qorunmasına dair ümumi qaydalar” adı ilə tanınan sənəd qüvvəyə minəndən sonra beş il ərzində verilmiş ən sərt sanksiyalardan biridir.

“BBC”nin məlumatında bildirilir ki, “Meta” standart müqavilə şərtləri əsasında 16 iyul 2020-ci il tarixindən etibarən “Facebook” istifadəçilərinin şəxsi məlumatlarını ABŞ-a ötürür. İndiyədək EDPB tərəfindən “Meta”ya ABŞ-da yerləşən şirkətə məlumat ötürülməsinin Avropa məxfilik qaydalarını pozduğuna dair xəbərdarlıq edilib və bunu dayandırmaq tələb olunub.

Aİ məlumat təhlükəsizliyi orqanları avropalı istifadəçilərin məlumatlarının ABŞ kəşfiyyat xidmətlərinin əlinə keçə biləcəyindən narahatdır.

Aİ-nin icra orqanı olan Avropa Komissiyası tərəfindən hazırlanan hüquqi tənzimləmələr Avropa vətəndaşlarının şəxsi məlumatlarının ittifaqdan kənara ötürülsə belə, qorunmasını təmin edir.

EDPB-nin prezidenti Andrea Jelinek deyib: “Facebook”un Avropada milyonlarla istifadəçisi var. Buna görə də ötürülən şəxsi məlumatların həcmi çox böyükdür. Rekord həcmdə cərimə, ciddi pozuntuların geniş nəticələrə səbəb olduğu təşkilatlara güclü bir mesajdır".

“Meta”nın icraçı direktoru Nik Kleq, Aİ-nin kəsdiyi cərimənin "ədalətsiz və lazımsız" olduğunu əsas gətirərək qərara etiraz edəcəklərini bildirib.

Minlərlə şirkət və təşkilatın öz funksiyalarını davam etdirə bilməsinin AB ilə ABŞ arasında məlumat ötürülməsindən asılı olduğunu bildirən N.Kleq, gələcək 5 ay ərzində təhlükəsiz məlumat ötürülməsi üçün həll yolu üzərində çalışacaqlarını vurğulayıb.

Mübahisənin ABŞ-nin məlumat əldə etmə qaydaları ilə Avropa məxfilik qanunvericiliyi arasındakı fərqlərdən irəli gəldiyini vurğulayan N.Kleqin fikrincə, “Facebook”un Avropada istifadəsi təhlükə altında deyil.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?