5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin Orta Asiya ölkələrinə 3,72 milyard dollar təmənnasız yardım edəcək

Rəsmi Pekin Mərkəzi Asiya dövlətlərinə maliyyə dəstəyinin bir hissəsi kimi təmənnasız olaraq 26 milyard yuan (təxminən 3,72 milyard dollar) yardım edəcək. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin-Orta Asiya Sammitindəki proqram səciyyəli çıxışında deyib.

“İnkişaf potensialını artırmaq yönündə Çin yoxsulluğun elm və texnologiya əsasında azaldılması üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayır. Çin tərəfindən maliyyələşdirilən müəssisələrdə daha çox yerli iş yerlərinin yaradılması təşviq ediləcək”, - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin iştirakilə Çinin Sian şəhərində keçirilmiş sammitdə Si Cinpin deyib.

Həmin görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, Orta Asiyanın beş ölkəsi və Çin regionun xüsusiyyətlərini nəzərə alaraq sənaye əməkdaşlığı üçün birgə plan hazırlamalıdır. "Orta Asiya ölkələrinin iqtisadi inkişafı üçün sənaye əməkdaşlığının yeni istinad nöqtəsinə çevrilməsi nəzərdə tutulur. Sevindirici haldır ki, son illər region ölkələri bu sahədə bir sıra iri layihələr həyata keçirir. Çinin regional layihələrə cəlb edilməsi, şübhəsiz ki, həmin layihələrin səmərəli təşviqinə öz töhfəsini verəcək. Bu baxımdan, mən region ölkələrinin üstünlüklərini və ehtiyaclarını nəzərə almaqla, Mərkəzi Asiya ilə Çin arasında sənaye əməkdaşlığı planının hazırlanmasını təklif edirəm”, - Qazaxıstanın dövlət başçısı sammitdə bəyan edib. O, qeyd edib ki, bu baxımdan avtomobil sənayesi kimi elm tutumlu sahənin inkişafının böyük perspektivləri var.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?