29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ-nin Montana ştatında “TikTok” qadağan edilib

ABŞ-nin Montana ştatında “TikTok” qadağan edilib

Çin sosial media platforması “TikTok” ABŞ-də müzakirələrin hədəfi olaraq qalmaqdadır. Arkanzas ştatı bu sosial media platformasına qarşı iddia qaldırdıqdan sonra Montana ştatı onun qadağan edilməsi barədə qərar qəbul edib.

Qərar qəbul edilərkən "ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq səbəbi", eləcə də "təhlükəsizlik narahatlığı" əsas götürülüb.

“TikTok” sosial media tətbiqinin qadağan olunması ilə bağlı qanun layihəsini imzalayan Montana ştatının qubernatoru Qreq Qianfort bu barədə açıqlama verərək deyib: “Çin Kommunist Partiyasının “TikTok”dan amerikalılara qarşı casusluq etmək, məxfiliyi aradan qaldırmaq və amerikalıların şəxsi və məxfi məlumatlarını toplamaq üçün istifadə etdiyi ciddi şəkildə sənədləşdirilmişdir”.

2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni əyalət qanununun tələblərinin pozulacağı halda “TikTok” tətbiqini təklif edən “Google Play Store” və “App Store” kimi platformalar gündə 10 min dollara qədər cərimə ödəməli olacaqlar.

2022-ci ilin dekabrında dövlətə məxsus cihazlarda “TikTok”un istifadəsini qadağan edən Q.Qianfort deyib ki, yeni qanun “istifadəçilərin şəxsi məlumatlarını və ya sirlərini ksenofobiyaya meyilli şəxsə və ya ksenofob kimi təyin olunmuş ölkədə yaşayan şəxsə, yaxud təşkilata ötürən bütün sosial media tətbiqlərini” əhatə edəcək.

Qeyd edək ki, keçən ilin sonunda ABŞ prezidenti Co Bayden qanun imzalayaraq federal hökumətin hüquq-mühafizə, milli təhlükəsizlik və asayiş araşdırmaları məqsədləri üçün məhdud istisnalar olmaqla, təxminən 4 milyon dövlət məmurunun korporativ cihazlarda “TikTok”dan istifadə etməsinə qadağan qoyub.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?