29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artır

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artır

Çinin Baş Gömrük İdarəsinin hesabatına əsasən, Rusiya ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsi bu ilin ilk dörd ayında 73 milyard dollara çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. 2023-cü ilin yanvar-aprel aylarında Çinin Rusiyaya ixracı illik nisbətdə 67,2 faiz artaraq 33,6 milyard dollara, Rusiyadan idxalı isə təxminən 25 faiz artaraq 39,4 milyard dollara yüksəlib.

Qeyd edək ki, Çin ilə Rusiya arasında ticarətin həcmi 2022-ci ildə rekord həddə çatmışdı. Birinci rübün nəticələri isə ikitərəfli ticarətin bu il 200 milyard dollardan artıq olacağını proqnozlaşdırmağa əsas verir.

Rəsmi statistikaya görə, 2022-ci ildə ticarət artımı baxımından Rusiya Çinin ən yaxşı 20 tərəfdaşı arasında liderdir. Hazırda Çin Rusiyanın ən böyük neft alıcısı kimi Hindistanla rəqabət aparır. Rusiya isə Çindən kənd təsərrüfatı məhsullarının ən böyük idxalçısı kimi Avropa İttifaqından önə keçib.

Rusiyadan Çinə tankerlərlə daşınaraq idxal edilən neftin həcmində də rekord yüksəliş var. Çindəki neft emalı zavodları COVID məhdudiyyətlərinin aradan qaldırılmasından sonra daxili yanacağa tələbatın bərpası fonunda vergi güzəştlərindən yararlanırlar.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?