29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çində yeni enerjili nəqliyyat vasitələrinin satınalma vergisindən azad edilməsində artım var

Çində yeni enerjili nəqliyyat vasitələrinin satınalma vergisindən azad edilməsində artım var

Çində yaşıl enerjinin inkişafını təşviq edərək artırmaq səyləri davam etdirilir. Bunun nəticəsində yeni enerjili nəqliyyat vasitələri üçün satınalma vergisindən azad edilən məbləğ keçən ilin müvafiq dövrünə nisbətən bu ilin birinci rübündə 36 faiz artıb.

Çin Dövlət Vergi Administrasiyasının məlumatına görə, yanvar-mart dövründə istehlakçılara ümumilikdə 21,24 milyard yuan (təxminən 3,09 milyard dollar) vergi güzəşti edilib.

Xatırladaq ki, Çin 2014-cü ildən bəri yeni enerji daşıyıcıları sənayesinin inkişafını dəstəkləmək üçün satınalma vergisindən azad olma siyasətini həyata keçirir. Ölkə hakimiyyəti keçən ilin oktyabrında güzəştli vergi siyasətini 2023-cü ilin sonuna qədər uzatdığını elan edib.

Çinin yeni enerji daşıyıcıları sektoru son illərdə vergi güzəştləri hesabına sürətlə inkişaf edir. Bu sektora aid statistik göstəricilərə görə, 2023-cü ilin birinci rübündə yeni enerji ilə işləyən nəqliyyat vasitələrinin pərakəndə satışı keçən illə müqayisədə 22,4 faiz artaraq 1,31 milyon ədədə çatıb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?