1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ üç ölkənin adını "qara siyahı"dan silib

Aİ üç ölkənin adını "qara siyahı"dan silib

Avropa İttifaqı (Aİ) Şurası vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısından Aruba, Barbados və Bermud adalarının çıxarılması barədə qərarını açıqlayıb. Açıqlamada indiki halda Aİ ilə vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısında Amerika Samoası, Guam, Trinidad və Tabaqo, ABŞ Virciniya adaları, Birləşmiş Ərəb Əmirlikləri, Marşall adaları, Beliz, Fici, Omman, Vanqtau və Dominikanın qaldığı göstərilib.

Qeyd edək ki, çoxlu sayda şirkətin və fərdlərin offşor hesablardan istifadə edərək vergi ödəməkdən yayındıqlarına görə 2017-ci ildə Aİ "vergi cənnətləri"nin müəyyənləşdirilməsi prosesinə başlamışdı. Əsas məqsədi vergidən yayınmağın qarşısını almaq olan "qara siyahı"nın hazırlanması mərhələsində müxtəlif ölkələrin vergi sistemləri təhlil edilib. Nəticədə bir ölkədəki vergi qaydaları başqa bir ölkədən vergi yayındırmağa imkan yaratdığı təqdirdə, həmin ölkənin Aİ-nin "qara siyahı"sına salınması qərara alınıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?