29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniya prokurorluğu Türkiyə futbolçusu Arda Turana qarşı vergidən yayınma ittihamı irəli sürüb

İspaniya prokurorluğu Türkiyə futbolçusu Arda Turana qarşı vergidən yayınma ittihamı irəli sürüb

İspaniyanın Barselona şəhərinin 2 saylı Espluqes məhkəməsi prokurorluğun apardığı araşdırmadan sonra keçmiş futbolçu Arda Turanı “Atletiko Madrid” və “Barselona” komandalarında oynadığı dövrlərdə vergidən yayınmaqda ittiham edib.

İspaniyada nəşr olunan “Vozpopuli” qəzetinin xəbərinə görə, prokurorluq Arda Turana qarşı 2015-2016-cı illər arasında 828 min avro məbləğində vergidən yayınmaqda ittiham irəli sürüb.

Xəbərdə Arda Turanla bağlı 2021-ci ildə başladılmış istintaqın tamamlandığı və Barselonadakı Esplugues 2 saylı məhkəməsinin prokurorluğun ittihamından sonra ilk dəfə iddia qaldırmağa cəhd etdiyi, lakin razılaşma barədə məhkəməyə müraciət ediləcəyi halda istintaqın dayandırıla biləcəyi vurğulanıb.

İspaniyada 2015-ci ildə 499 min 740 avro, 2016-cı ildə isə 328 min 351 avro vergidən yayınmaqda ittiham olunan Arda Turan növbəti həftələrdə Barselonaya gəlib, məhkəmə qarşısında Maliyyə Nazirliyi ilə razılaşdıqdan sonra məsələni həll edə bilər.

İspan qəzeti bu məlumatları paylaşaraq 2015-ci ildə hesablarda pozuntular olduğu ilə bağlı səlahiyyətli orqanlar tərəfindən xəbərdarlıq edilən Arda Turanın “bunu ciddiyə almadığını və gəlirlərini bəyan etmədiyini” yazıb: "Arda Turan 2016-cı ildə fərdi gəlir vergisi bəyannaməsini təqdim edib, lakin onun imic hüquqlarından əldə etdiyi gəlirlər haqqında bəyannaməsi qeyri-kafi olub. "Barselona"da oynayarkən Ardanın maaşı 10 milyon 386 min 780 avro 15 sent olmuş, bunun 4 milyon 644 min 244 avro 39 senti ondan vergi kimi tutulmuşdur. Bununla yanaşı, onun reklamlardan 4 milyon avrodan çox qazandığı təxmin edilir”.

Qeyd edək ki, İspaniyada indiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xabi Alonso, Marselo, Fabio Koentrao, Radamel Falkao, Anxel Di Maria, Luka Modriç, Xavyer Maskerano və baş məşqçi Joze Mourinyo kimi futbol dünyasının bir çox məşhurları vergi qaçaqlığına görə cəzalandırılıb.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?