29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Brexit”in Böyük Britaniya iqtisadiyyatına təsiri açıqlanıb

“Brexit”in Böyük Britaniya iqtisadiyyatına təsiri açıqlanıb

İngiltərə Mərkəzi Bankının (BoE) Pul Siyasəti Komitəsinin kənar üzvü Conatan Haskelin apardığı yeni araşdırmaya görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkədəki biznes investisiyalarına 29 milyard funt sterlinqə (35 milyard dollardan çox) başa gəlib və məhsuldarlığın yavaşlamasını gücləndirib.

Araşdırma göstərir ki, 2016-cı il referendumundan sonra biznes investisiyalarındakı azalma Böyük Britaniyanın ümumi daxili məhsulunun 1,3 faizinə və ya ailə başına təxminən 1.000 funt sterlinqə (1.221 dollar) bərabər olub.

BoE-nin eksperti Avropa İttifaqından (Aİ) ayrılma referendumundan sonra Böyük Britaniyanın əvvəlki altı ilin tendensiyasından geri qalmağa başladığını və digər əsas sənayeləşmiş iqtisadiyyatlarla müqayisədə "daha çox zərər gördüyünü" qeyd edib.

Haskelin şərhləri BoE siyasətçisi Caterine Mannın fevral ayının əvvəlində İngiltərənin Aİ azad ticarət zonasından çıxmasının ölkədə hiperinflyasiyaya səbəb olduğuna dair açıqlamasını tamamlayır.
Böyük Britaniyada keçən il 11,1 faizlə dörd ilin ən yüksək səviyyəsinə çatan inflyasiya qlobal enerji qiymətlərindəki azalma fonunda bir qədər səngiyərək 10,5 faizə düşsə də, BoE-nin 2 faizlik hədəfindən hələ çox yuxarıdır.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?