29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF bu il qlobal inflyasiyanın 6,6 faizə enəcəyini proqnozlaşdırıb

BVF bu il qlobal inflyasiyanın 6,6 faizə enəcəyini proqnozlaşdırıb

Pul siyasətinin sərtləşdirilməsi fonunda dünya üzrə inflyasiya 2023-cü ildə 6,6%-ə, 2024-cü ildə isə 4,3%-ə düşəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair hesabatının yanvar ayı üçün yenilənmiş məlumatında bildirilib.

“Qlobal inflyasiyanın 2022-ci ildəki 8,8%-dən 2023-cü ildə 6,6%-ə, 2024-cü ildə isə 4,3%-ə düşəcəyi, pandemiyadan əvvəlki (2017-2019-cu illər) 3,5%-lik həddən isə yuxarı səviyyədə qalacağı gözlənilir”, - sənəddə deyilir.

"Maliyyə-pul siyasətinin sərtləşdirilməsinin bazardakı tələbi və inflyasiyanı aşağı salmağının əlamətləri aydın görünür, lakin bunun 2024-cü ildən əvvəl özünü tam şəkildə göstərməsi ehtimalı azdır, – fondun ekspertlərinin rəyində göstərilib. – Yanacaq və qeyri-yanacaq məhsullarının qiymətlərinin aşağı düşməsi xüsusilə ABŞ, Avrozona və Latın Amerikası ölkələrində inflyasiyanın azalmasına gətirib çıxarıb. Lakin əksər ölkələrdə baza inflyasiyası hələ pik həddə çatmayıb və pandemiyadan əvvəlki səviyyədən xeyli yüksək qalmaqdadır”.

BVF-nin hesabatında qeyd edilib ki, "pul-kredit şərtlərnin sərtləşməsi və iqtisadi artım tempinin aşağı düşməsi maliyyə sektorunda və borclanmada sabitliyə təsir edə bilər". Bununla bağlı fond borcların restrukturizasiya mexanizmlərini gücləndirməyi tövsiyə edib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?