29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniya Aİ-dən çıxdığına görə hər il 124 milyard dollar itirir

Böyük Britaniya Aİ-dən çıxdığına görə hər il 124 milyard dollar itirir

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması (“Brexit”) investisiyaların və ticarət gəlirlərinin azalması, eləcə də işçi itkisi səbəbindən ölkə iqtisadiyyatına hər il 100 milyard funt-sterlinqə (124 milyard dollar) başa gəlir. Bu iddianı irəli sürən “Bloomberg” agentliyinin yaydığı məlumata görə, ölkə Avropa İttifaqından çıxmasaydı, 2022-ci ilin sonunda ümumi daxili məhsulunun (ÜDM) həcmi indikindən 4% çox olardı. Krallıq həmçinin Aİ-dən olan təxminən 370.000 işçisini itirib. İqtisadçılar Ana Andrade və Dan Hanson Böyük Britaniyanın 2016-cı ildə Aİ-dən çıxmaq üçün səs verərkən özünə zərər verdiyini bildirib.

Bundan əvvəl Avropa İslahatlar Mərkəzi Böyük Britaniyanın Aİ-dən çıxmasının 2022-ci ilin iyun ayına qədər 33 milyard funt-sterlinqə (40 milyard dollar) başa gəldiyini bildirmişdi. Mərkəzin rəhbərinin müavini Con Sprinqford qeyd etmişdi ki, "Brexit” açıq şəkildə Böyük Britaniya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərdi.

Xatırladaq ki, Böyük Britaniya uzun illər davam edən danışıqlardan sonra 2020-ci il fevralın 1-də Aİ-ni tərk edib. 1 yanvar 2021-ci ildə Böyük Britaniya "Brexit”dən sonrakı keçid dövrünü başa vurub. 2020-ci ilin dekabrında tərəflər “Brexit”dən sonrakı münasibətlərə dair müqavilə bağlayıblar ki, bu da krallıq ilə Aİ arasında kvota və tariflər olmadan mal və xidmətlər üçün azad ticarət zonasını nəzərdə tutur.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?